Vaxt.Az

«40 nəfər qalıb ortalıqda»


 

Macarıstan hökuməti azərbaycanlı tələbələri aldatdı

«40 nəfər qalıb ortalıqda» «Macarıstan hökuməti o boyda Avropanı bihörmət edir. Azərbaycan Təhsil Nazirliyi ilə Macarıstan hökuməti arasındakı anlaşmaya görə, Tempus Fondu (Fond 1996-cı ildə Macarıstan hökuməti tərəfindən yaradılıb və Avropa İttifaqı ilə əməkdaşlıq edir) ölkəmizdən 200 nəfər tələbənin Macarıstanın müxtəlif universitetlərində təhsilini maliyyələşdirməli və təqaüdlə təmin etməli idi. Lakin həmin fond müsabiqədən və imtahanlardan keçmiş, Macarıstan universitetləri tərəfindən qəbul olunmuş 200 uşaqdan 40-nın təhsil xərclərini maliyyələşdirməkdən son anda imtina edib».

VAXT.AZ xəbər verir ki, bu barədə jurnalist Azər Sarıoğlu «Facebook» səhifəsində yazdığı statusunda bildirib. O qeyd edib ki, Macarıstan hökuməti azərbaycanlı tələbələrdən imtina etdiyi vaxt artıq Qərb universitetlərinə və digər fondlara müraciət və imtahan müddəti bitmişdi.

«Saymazlığın dərəcəsinə baxın ki, Fondun rəhbərliyi bu barədə abituriyentlərə, izahatları bir tərəfə, xəbər belə, verməyib. Azərbaycan Təhsil Nazirliyinə ümumi xarakterli məktub yazmaqla kifayətləniblər. Həmin 40 nəfər də qalıb ortalıqda. Ağızlarını açanda isə etikadan, bəşəri dəyərlərdən danışırlar. Təhsil Nazirliyi də heç bir kömək etmək iqtidarında deyil. Təhsil Nazirliyi məktub yazsa da, saya salmırlar. Bir sözlə, Macarıstan hökuməti bizə qarşı açıq hörmətsizlik nümayiş etdirir».

Azər Sarıoğlu hüquqşünaslardan kömək istəyib: «Hüquqşünaslar bu məsələdə necəsə yardım edə bilərlərmi? Valideynlər Tempus Fondunu məhkəməyə vermək istəsələr, hansısa hüquqşünas bu işlə məşğul ola bilərmi?»

 





08.08.2017    çap et  çap et