Vaxt.Az
Rusiya Xəzər donanmasını gücləndirir
Dənizə 5 hərbi gəmi və xeyli sayda qayığın endirilməsi planlaşdırılır
Rusiya Müdafiə Nazirliyi Xəzər Dənizindəki donanmasını 2014-cü ildə daha da gücləndirmək fikrindədir. ANS PRESS-in məlumatına görə, bu məqsədlə 5 yeni hərbi gəmi və çoxlu sayda qayıqların Xəzər donanmasına daxil edilməsi planlaşdırılır.
Əvvəllər Rusiya bir il ərzində heç vaxt bu qədər gəmini Xəzər dənizinə endirməyib. İlk olaraq 2014-ci ilin birinci rübündə «Buyan» tipli iki qayığın daxil edilməsi gözlənilir.
Hazırda isə Xəzər donanmasına daxil ediləcək gəmilərin şəxsi heyətinin Zelenodolskda formalaşdırılması prosesi gedir.
Amerikalı analitik Tomas Fedışin Rusiyanın Xəzər donanmasının bütün çatışmayan cəhətlərinə baxmayaraq yüksəlişdə olduğunu bildirib.
20.01.2014 çap et