«Qardaş Litvada, xüsusən dostlar - Litvanın müstəqilliyinin əsasını qoyan Vitautas Landsbergis, hökumət üzvləri və prezidentliyə namizədlərin arasında olmaq hər zaman xoşdur. Mən Ukrayna və Gürcüstana verdikləri dəstəyə, eləcə də mənim vətəndaşlığımla bağlı tutduqları mövqeyə görə litvalılara təşəkkür etdim», - deyə M. Saakaşvili bildirib.
Xatırladaq ki, Gürcüstan Baş Prokurorluğundan M. Saakaşvilinin Cinayət Məcəlləsinin 4 maddəsi ilə ittiham olunduğu və onu 11 ilədək həbs gözlədiyi açıqlanıb.
İyulun 26-da isə M. Saakaşvilinin Ukrayna vətəndaşlığından çıxarılması barədə məlumat yayılıb.