Vaxt.Az

«Venesuela üçün vuruşaram»


 

Venesuela prezidentini dəstəkləyən Maradonaya müxalifətin cavabı gecikmədi

«Venesuela üçün vuruşaram» Dünyanın məşhur futbolçusu Dieqo Maradona Cənubi Amerika ölkəsi olan Venesuelada yaşanan siyasi böhran və silahlı toqquşmalarla bağlı ilginc açıqlamalar verib. Əfsanə futbolçu bu barədə «Facebook»dakı səhifəsində status paylaşıb. Statusuna Venesuelanın keçmiş prezidenti Uqo Çavesin tərəfdarları üçün söylənilən «Ölənə qədər Çavesliyik» şüarıyla başlayan Maradona «Əgər Maduro (Venesuelanın indiki prezidenti – red.) əmr edərsə müstəqil Venesuela üçün imperialistlərə və bayraqlarımızı bizdən almağa qarşı vuruşmağa hazıram. Yaşasın inqilab!»

Argentinalı mesajını 3 dildə - ingiliscə, ispanca və italyanca paylaşıb.

Dieqo Maradonaya ilk cavab da elə Venesueladan gəlib. Ölkə müxalifətinin liderlərindən olan Enriqi Kapriles (Henrique Capriles) dəvət aldığı radio proqramlarından birində «Əgər Maradona Venesuelaya gəlmək istəyirsə, mən onu hava limanında şəxsən qarşılamağa və ölkəni gəzdirməyə hazıram. Qoy o Venesuelanın hansı vəziyyətdə olduğunu öz gözləri ilə görsün», deyib.

 





09.08.2017    çap et  çap et