Yerli vaxtla 21.19-a (Bakl vaxtı ilə 17.19-da) təsadüf edən təkanlar yer səthindən 8 km dərinlikdə qeydə alınıb.
Çinin fövqəladə halların fəsadlarının aradan qaldırılması üzrə milli komissiyası zəlzələ nəticəsində yüzlərlə insanın öldüyünü, minlərlə şəxsin xəsarət aldığını ehtimal edir. Hazırda yüzlərlə insanın taleyi barədə məlumat yoxdur.
Yeraltı təkanlar 130 mindən çox evə ziyan vurub. Zəlzələdən sonra bir-birinin ardınca 100-dən çox təkrar təkanlar qeydə alınıb.