Başlarında pilot papağı olan və stüardessaları canlandıran qızlar reklam aksiyasını oxuyurlar, kamera isə əsasən onların çılpaq bədənlərini göstərir. Bu vaxta qədər isə onlar öz papaqları ilə çılpaq yerlərini örtürlər.
Bir gün sonra isə şirkət video rolikin «kişi» versiyasını yayımlayıb. Burada da «pilotlar» papaqla buna bənzər hərəkət edərək xorla reklam mətnini oxuyurlar. Avqustun 3-dən bu yana isə bu rolik 131 min dəfə izlənilib.
«Burda açıq-aşkar cinsiyyətçilik var. Niyə görə bütün pilotlar kişidir? «Chocotravel» şirkəti açıq-aydın məsxərəyə qoyur», - deyə İT mütəxəssisi Bayan Aktanova reklamı belə şərh edib.
Bir çox şəbəkə istifadəçiləri isə reklamı zövqsüz hesab edirlər: hətta «YouTube»də kafi «baş barmaq aşağı» işarəsi baxışlara qoyulan qiymətlərin üçdə birini təşkil edib.
Cinsi ayrı-seçkilik yoxsa yersiz kreativ?
«Reklamda sizin istənilən çimərlikdə və ya hovuzda gördüyünüz qədəri göstərilib. Siz ki, qısa yubkalarda olan qızlara və ya çimərlik geyimində olan insanlara hücum etmirsiniz», - deyə «Chocotravel»in direktoru Nikolay Mazentsev Facebook səhifəsində yazaraq şirkəti müdafiə edib.
O, qeyd edib ki, çəkilişlər zamanı aktryorlardan heç biri tamamilə çılpaq olmayıb. Lakin onun bu cavabı odunun üstünə yağ kimi tökülüb.
««Chocotravel», sizin mövqeyiniz aydındır. Cinsi ayrı-seçkilik qadın bədənin obyektivləşdirilməsidir. Siz kişilər barədə roliki ittihamlardan qaçmaq üçünmü etmisiniz?» deyə təhlilçi Janar Sekerbayev yazıb.
«Normal rolikdir! Hər kəsin özünə görə çirkin assosiasiyaları var», - deyə Askar Darmenov müəllifləri müdafiə edib.
«Chocofamili» holdinqinin tərkibində olan «Chocotravel» şirkəti BBC-nin cinsiyyətçilik barədə ittihamları şərh etmək barədə müraciətini cavablandırmayıb.
«Dörd çılpaq pişik»
«Chocofamili» holdinqdə işləyən Nurken Rzaliyevin sözlərinə görə, reklamın məqsədi turizm agentliyində qiymətlərin rəqib agentliklərdən daha ucuz olduğunu bildirmək olub.
Lakin onun da bu sözləri tənqid atəşinə tutulub.
Bir çox reklam rolikləri qeyri-adi yolla diqqəti cəlb etmək istəyirlər. Ekspertlərin fikrincə, «Chocotravel»də bu, çox keyfiyyətsiz alınıb.
Məsələn, PR meneceri Mara Raymxanov videonu ictimaiyyətin diqqətini cəlb etmək üçün «çarəsiz jest» adlandırıb.
Rusiyanın «Aviasales» şirkəti də ciddi xəbərlərlə əlaqəsi olan reklam rolikləri yaratmaqla dəfələrlə belə qalmaqallara məruz qalıb.
Məsələn, Rusiya müxalifət lideri Aleksey Navalnı tərəfdarlarına qazaxların hücumu və ya Bred Pittlə (Brad Pitt) Ancelina Colinin (Angelina Jolie) boşanması. «Aviasales»in PR meneceri Yanis Dzenisin sözlərinə görə, «Chocotravel» şirkətinin məhsulun təbliğ etmək fəndi onun şirkəti tərəfindən də istifadə oluna bilərdi.
«Əgər biz istəsəydik və bu yerinə düşsəydi biz də bunu edərdik. Biznes məsələsi lazımdır - xəbərə səbəb olub-olmadığı vacib deyil. Əgər biznes məsələsi varsa və bunu dörd çılpaq qadın, dörd çılpaq kişi və ya dörd çılpaq pişik həll edərsə, onda biz bütün sadalanan qəhrəmanlardan istifadə edərik», - deyə şirkətin PR nümayəndəsi BBC ilə söhbətində bildirib.
İnternet ticarəti Şirkətləri Assosiasiyasının prezidenti Aleksey Fedorov BBC-yə verdiyi açıqlamada bildirib ki, rusdilli məkanlarda qalmaqallı ictimai aksiyalar yalnız şirkətlərə olan marağı artıra bilər, xüsusilə də əgər onlar «asan günlər» keçirmədikləri üçün narahatdırlarsa.
Təhlilçilər «Chocotravel»in bu reklamının Rusiyanın «Avianova» aviaşirkətinin iflas olmazdan bir qədər əvvəl 2011-ci ildə çılpaq «stüardessalarla» çəkdiyi rolikə bənzədiyinə diqqəti yönəldiblər.