Vaxt.Az

«AA» seriyalı qatil «Lexus»


 

Bakıda piyadanı öldürən avtomobilin sahibi məlum oldu

«AA» seriyalı qatil «Lexus» Bakıda ağır yol qəzası baş verib. VAXT.AZ xəbər verir ki, piyadanı vuraraq öldürən 99 AA 159 dövlət qeydiyyat nişanlı «Lexus»un sahibinin adını öyrənməyə nail olub.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən açıqlamada qəza törətmiş avtomobilin GESCO Mühafizə Şirkətinə məxsus olduğu deyilib.

Məlumat üçün qeyd edək ki, «GESCO» mühafizə və təhlükəsizlik şirkəti 2005-ci ildən fəaliyyət göstərir. Şirkətə AR Daxili İşlər Nazirliyi tərəfindən 03.02.2009 tarixində, xidmətinin həqiqətən də göstərilən qanunun tələblərinə tam cavab verdiyini təsdiq edən müvafiq Lisenziya verilib.


***


VAXT.AZ Lent.az-a istinadən xəbər verir ki, Xəzər rayonu ərazisində - dəniz sahilinə gedən yolda 90 AA 159 dövlət qeydiyyat nişanlı «Lexus» yolu keçən piyadanı vurub. Ağır xəsarət alan 45 yaşlı kişi hadisə yerində ölüb.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, qəzanı törədən avtomobil özəl şirkətlərdən birinə məxsusdur.

 





07.08.2017    çap et  çap et