Vaxt.Az
Ehtiyatlı olun!
Ölkədə saxta pullar
Ötən gün Qaradağ rayonunda Ağdaş rayonun sakinindən 200 manat saxta əskinaz götürülüb.Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Sahil qəsəbəsində Ağdaş rayon sakini Sadiq Yusibovdan 8 ədəd 20 və 4 ədəd 10 manatlıq saxta əskinazlar götürülüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
20.01.2014 çap et