QMİ-dən onu da əlavə ediblər ki, təkrar Həcc ziyarətinə getmək istəyənlərin sayı hələlik 70 nəfərə yaxındır.
İdarədən verilən məlumata görə, bu il Azərbaycandan, əvvəllər elan olunduğu kimi, Həcc ziyarətinə 600 yox, 900-ə yaxın şəxsin gedəcəyi gözlənilir.
Bu il Həcc ziyarətindən ötrü 3850 dollar məbləğin müəyyən edildiyi bildirilir.
2017-ci ildə zilhiccə (həcc ayı) avqustun 23-dən başlanır, zəvvarların ilk dəstəsinin avqustun 24-də yola salınması gözlənilir.
Həcc ziyarətinin tərkib hissəsi olan Qurban bayramı sentyabrın 1-i və 2-nə təsadüf edir.
2015-ci ildə baş verən iki devalvasiyadan sonra manatla Həcc ziyarətində kəskin bahalaşma var. Son illər Həccə gedənlərin sayında kəskin düşüş müşahidə edilir. Ötən il kvota 1500 nəfərdən 1040 nəfərə endirilmişdi. Bu il də Həccə cəmi 600 nəfərin gedəcəyi bildirilirdi. 2015-ci ildə isə Azərbaycandan Həccə 2400 zəvvar getmişdi. Əvvəlki illərdə bu rəqəm daha yüksək idi.