Vaxt.Az

«Məni Azərbaycanda dəfn edin»


 

Vəziyyəti ağır olan Lütfi Zadə oğluna vəsiyyət edib

«Məni Azərbaycanda dəfn edin» Amerikada yaşayan azərbaycanlı alim Lütfi Zadənin səhhətinin pisləşməsi barədə bəzi KİV-lərdə məlumatlar yayılmışdı.

Dünya şöhrətli alimin yeganə övladı Norman Zadə AzVision.az-a eksklüziv açıqlama verərək atasının vəziyyətinin ağır olduğunu deyib.

«Atam çox ağır xəstədir. O qorxunc gün gələndə, biz onu Azərbaycana aparmalıyıq».

Norman Zadə atasının ona vəsiyyət etdiyini bildirib: «Bizdən xahiş edib ki, onu Azərbaycanda dəfn edək».

Qeyd edək ki, Lütfəli Rəhim oğlu Əsgərzadə (Lütfi Zadə) 1921-ci ildə Bakıda Rəhim Ələsgərzadənin ailəsində dünyaya gəlib.

O, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir.

 





09.08.2017    çap et  çap et