Zolotuxin deyir ki, Azərbaycanda xidmət edərkən dörd dəfə özbaşına hərbi texnikanın qaçırılması barədə qərar verib. O, komandirlik etdiyi hərbi hissənin Azərbaycan hakimiyyəti, yerli administrasiya tərəfindən nəzarətə alınmasından hələ altı ay əvvəl yerüstü texnikanı sərəncamında olan An-26 hərbi-nəqliyyat təyyarələri ilə Tiflisə, oradan Rusiyaya daşıdığını deyir. Daha sonra Zolotuxin bir neçə Mi-9 vertolyotunu təmir adı altında Rusiyaya, Sankt-Peterburqa göndərib ki, həmin texnika Azərbaycan ordusuna qalmasın. Baxmayaraq ki, o vaxtkı Rusiya hərbi komandanlığından Zolotuxinə texnikanın çıxarılması barədə əmr verilməmişdi. Podpolkovnik deyir ki, o vaxtkı hakimiyyət onları taleyin ümidin buraxmışdı, ancaq belə vəziyyətdə də onlar Rusiyanın mənafeyini düşünürdülər.
Zolotuxin danışır ki, sonuncu dəfə o, Azərbaycan müdafiə nazirinin bir qrup silahlı hərbçinin müşaiyəti ilə hərbi hissəsini nəzarətə götürmək üçün gəldiyini görəndə Mi-8 vertolyotlarından ibarət eskadrilyaya «qalx» əmrini verib.
«Hərbi hissəni ələ keçirməyə cəhd edəndə Azərbaycan müdafiə naziri gəldi, mən onu aerodromda gördüm, onun Yak-40 təyyarəsini tanıyırdım. Gördüm ki, müdafiə nazirinin təyyarəsi endi. Aydın idi ki, həmin gün onlar aerodromu tutmaq istəyəcəklər. «Qalx» əmri verdim və öz hərbi hissəmi-aerodromda qalan 6 «Mi-8» vertolyotunu havaya qaldırdım. Biz Gürcüstana uçduq, yəni oranı tərk etdik», - Zolotuxin danışır.