Vaxt.Az

«Kim Çen In və Şimali Koreya xalqı məhv olacaq»


 

ABŞ və müttəfiqlərinin hərbi gücü hazırda ən yüksək səviyyədədir

«Kim Çen In və Şimali Koreya xalqı məhv olacaq» Pentaqon Şimali Koreyanı nüvə proqramına son verməyə çağırıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, ABŞ-ın müdafiə naziri Ceyms Mattis əks təqdirdə bunun dəhşətli hadisələrə gətirib çıxaracağını bəyan edib.

Hərbi qurumun rəhbəri deyib ki, Pxenyanın nüvə sınaqları səbəbindən baş verə biləcək münaqişədə Şimali Koreya qalib gələ bilməyəcək: «Kim Çen In elə bir seçim etməlidir ki, bu, onun özünə xeyir etsin. O, ölkəsini dünyadan təcrid etməmək üçün nüvə proqramının inkişafını dayandırmalıdır. Belə etməsə bu, onun və xalqının sonu olacaq».

Mattis əlavə edib ki, ABŞ və müttəfiqlərinin hərbi gücü hazırda ən yüksək səviyyədədir. Bu qüvvələr yer üzündə ən etibarlı müdafiə və hücum imkanlarına malikdir.

 





10.08.2017    çap et  çap et