Nazir bildirib ki, hazırda yerli tərəvəz istehsalçıları hökumətə ciddi təzyiq edir: «Hökumət bu təzyiqləri azaltmaq üçün müəyyən addımlar atmağa məcburdur. Artıq belə davam edə bilməz» deyə Zeybəkçi bildirib.
Xatırladaq ki, Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçev bəyan edib ki, ölkəsi Türkiyədən pomidor məhsulları idxal etməyi planlaşdırmır.
İyunun əvvəllərində Rusiya hökuməti Türkiyədən üzüm, armud, çiyələk, böyürtkən, alma və xiyar idxalına qoyulan qadağanı ləğv edib. Pomidor idxalına qoyulan qadağa isə hələ də qüvvədədir.