Vaxt.Az

«Bu şok deyil, amma real kimi də görünmür»


 

200 metr məsafəyə qaçış üzrə qızıl medalın sahibi olan Ramil Quliyev: «Dünya çempionu olmağıma çox şadam»

«Bu şok deyil, amma real kimi də görünmür» Türkiyə atleti Ramil Quliyev cümə axşamı Britaniyada keçirilən 2017 Dünya Atletika Çempionatının 200 metr məsafəyə qaçış yarışının finalını 20:09 saniyədə bitirərək dünya çempionu olub.

«Bu şok deyil, amma real kimi də görünmür», BBC Sports çempiondan sitat gətirib.

«Bu çempionatda ən yaxşı nəticəmi göstərdim. Hazırda ən yaxşı qaçışımı göstərdim. Dünya çempionu olmağıma çox şadam. Karyeramın ən yaxşı anıdır», deyə Quliyev bildirib.

Bundan əvvəl, 200 metr məsafəyə qaçış üzrə dünya çempionu titulu Hüseyn Boltda (Usain Bolt) olub. Bu il, o, yalnız 100 metr məsafə üzrə yarışda iştirak edib.

İkinci və üçüncü yerləri cənubi afrikalı Uayde Van Nikerk (Wayde van Niekerk) və trinidad və tobaqolu Cerim Riçards (Jereem Richards) 200 metr məsafnəi eyni vaxta - 20:11 saniyəyə - qət edərək qazanıblar.

27 yaşlı Ramil Quliyev çərşənbə günü yarışdığı seçmə mərhələsində 200 metr məsafəni 20:17 saniyəyə qaçaraq yarışdığı qrupda birinci yeri alıb.

Gəncliyində Azərbaycanı təmsil edən atlet, 2011-ci ildən ibarət Türkiyəni təmsil etməyə cəhd edib. Lakin Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının qaydalarına görə onun Türkiyə atleti olaraq yarışmasına icazə yalnız üç il müddətdən sonra, 2014-cü ildən etibarən verilib.

Qələbəsilə Ramil Quliyev Dünya Atletika Çempionatında Türkiyənin ilk qızıl medalını qazanıb.

 





11.08.2017    çap et  çap et