Vaxt.Az

... Qiymət 53 dolları keçdi


 

OPEK neftə tələbatın artacağını açıqladı, ...

... Qiymət 53 dolları keçdi 2017-ci ildə dünyada neftə gündəlik tələbat 96,5 milyon barel təşkil edəcək. Bu proqnoz OPEK-in bu gün açıqlanan hesabatında öz əksini tapıb. Bundan əvvəlki hesabatla müqayisədə OPEK neftə olan gündəlik tələbatın həcminin 100 min barel artacağını proqnozlaşdırır. Sənədə əsasən, gələn il gündəlik tələbat 97,8 milyon barelə çata bilər.

Hesabatda bildirilir ki, bu il OPEK-ə daxil olmayan ölkələrdə orta sutkalı neft hasilatı 55,6 milyon barel təşkil edəcək ki, bunun da 11 milyon bareli Rusiyanın payına düşür. Kartel ölkələrinin hasil etdiyi neftə olan tələbat isə 400 min barel artaraq 32,4 milyon barel təşkil edəcək. OPEK gələn il üçün də bu rəqəmin dəyişməyəcəyini gözləyir.

OPEK-in açıqladığı hesabat birjalarda neftin qiymətinə pozitiv təsir göstərib. Günorta seanslarında "Brent" markalı neftin qiyməti 53,62 dollara qalxıb ki, bu da may ayından sonra qeydə alınan ən yüksək qiymətdir. Qərbi Texas nefti isə uzun fasilədən sonra 50 dollardan ha satılıb. Hazırda birjalarda WTİ nefti 50,11 dollara təklif olunur.(APA TV)

 





11.08.2017    çap et  çap et