Vaxt.Az

Neft qiyməti «oynayır»


 

OPEK-in bəyanatının təsiri bir neçə saat çəkdi

Neft qiyməti «oynayır» Neftin qiymətləri ilə bağlı gözləntilər özünü doğruldub. APA TV-nin məlumatına görə, OPEK-in aylıq hesabatı açıqlandıqdan sonra neft bahalaşsa da, bu müvəqqəti xarakter daşıyıb.

Bir neçə psixoloji amilin təsiri ilə formalaşan qiymətlərdə yenidən tarazlıq yaranıb. Birjaların son iş günündə «Brent» neftinin qiyməti 51,45 dollar olub, Qərbi Texas nefti isə 48,17 dollardan satılıb.

Qiymətlərin 2 dollardan çox ucuzlaşmasının əsas səbəbi  birja iştirakçılarının OPEK ölkələrində hasilatın artacağından ehtiyat etməsidir. Liviya və Nigeriyada gündəlik hasilatın müvafiq olaraq 1 milyon və 1, 75 milyon barelə çatması bazarda təklifin tələbatı üstələyəcəyi ehtimalı yaradır.

Bu gün Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatı açıqlanacaq. «Baker Hughes» şirkəti isə ABŞ və Kanadada şist nefti hasilatında iştirak edən buruqların sayına dair hesabat dərc edəcək. Hər iki sənəd bu gün neftin qiymətini müəyyənləşdirəcək əsas amillər olacaq. 

Qeyd edək ki, birjalarda həftənin ticarət sessiyaları bu gün başa çatır. Birjalar fəaliyyətini bazar ertəsi bərpa edəcək.

 





11.08.2017    çap et  çap et