HEGTA adlanan bu müalicə turizmi proqramının məqsədi İrana yarım milyona qədər tibbi turist cəlb etmək, 2025-ci ilə qədər bundan ildə 2,5 milyard dollar əldə etməkdir.
Bakıda, tibb elmləri doktoru Adil Qeybulla deyir ki, Azərbaycan hökuməti tədbirlər görməsə, İrana gedən azərbaycanlıların sayı həqiqətən də arta bilər: «İranın bu proqrama azərbaycanlıların yeni axınına stimul verə bilər. Xüsusilə də əgər orda qiymətlər Azərbaycandan aşağı olsa. Azərbaycan vətəndaşları milli səhiyyəyə güvənməlidirlər. Bunun isə qayğısına dövlət qalmalıdır. Dövlət axının qarşısını almaq üçün işlər görməlidir».
A.Qeybulla deyir ki, xəstələr bir neçə səbəbdən İranı seçir - Azərbaycandakı xidmətdən narazı olduqları, İranda müalicə xərcləri daha aşağı olduğu və ümumiyyətlə, başqalarının da müalicə məqsədilə qonşu ölkəyə getdiyi üçün: «Hökumətin İrana xəstə axınının qarşısını almaq üçün görməli olduğu işlərdən biri də icbari sığortanın tətbiq etməkdir. Hökumətin 10 ilə yaxındır ki, bunu planlayır. Amma hələlik, vətəndaşlar yalnız Yevlax və Mingəçevirdə bu xidmətdən yararlana bilirlər».