Vaxt.Az

Obama qayıdır


 

Keçmiş prezidentin yeni strategiyası var

Obama qayıdır «ABŞ-ın sabiq prezidenti Barak Obama yenidən siyasətə qayıdır».

APA TV-nin «The Hill» nəşrinə istinadən məlumatına görə, sabiq prezident siyasi elita arasında görünmədən, demokratların ölkə daxilindəki nüfuzunun yüksəlməsində iştirak edəcək.

Məlumatlı mənbələr B. Obamanın siyasi arenaya dönüşü prosesini yaxın həftələrdə müşavirləri ilə müzakirə edəcəyini də açıqlayıb. Bildirilir ki, sabiq ABŞ prezidentinin partiya daxilindəki rolu əsasən yeni maliyyə mənbələrinin tapılmasından ibarət olacaq. Müxtəsəri, demokratlar sabiq Ağ Ev rəhbərini partiya liderliyinə gətirmək niyyətində deyil.

Yeri gəlmişkən, sabiq prezident Ağ Evi tərk etdikdən sonra belə ABŞ əhalisi arasında nüfuzunu qoruya bilib. Son rəy sorğuları Barak Obamanın hazırkı prezident Donald Trampı reytinqdə azı 30 faiz üstələdiyini göstərir.

 





12.08.2017    çap et  çap et