Şikayətçilərin bildirməsinə görə, istirahət günləri Gürcüstana gedənlərin sayı çoxalıb. Onların deməsinə görə, sərhəddə əsassız süründürməçilik belə uzun növbələrə səbəb olub.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin (DGK) mətbut xidməti də məlumat yayıb. Məlumatda artıq, sıxlıqın tam aradan qaldırıldığı bildirilir.
«Bu gün (avqustun 12-si) səhər saatlarında Azərbaycan-Gürcüstan sərhədində sərnişinlərin və nəqliyyat vasitələrinin sayında artım müşahidə olunub. Səhər saatlarından etibarən Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən «Sınıq Körpü» gömrük postunda nisbi sıxlıq yaranıb.
Dövlət Gömrük Komitəsinin aidiyyati qurumları dərhal gücləndirilmiş iş rejiminə keçib və görülən müvafiq tədbirlər nəticəsində qısa zaman kəsiyində gömrük postunda sıxlıq tam aradan qaldırılıb».
Məlumatda vurğulanır ki, hazırda Gürcüstanla sərhəddə yerləşən «Sınıq Körpü» sərhəd-gömrük keçid məntəqəsi normal iş rejimində fəaliyyət göstərir.