Amma nazirlik belə qadınların yüksək məbləğdə cərimələnməsi barədə xəbərləri təkzib edib.
Hökumət deyir ki, hicab, türban kimi baş örtükləri, eləcə də qısa paltarlar, dekolte «taciklərin dininə və mentalitetinə yaddır».
«Asiya» agentliyi bu günlərdə xəbər yaymışdı ki, polis paytaxtda reydlər keçirir.
Düşənbənin «Şoxmansur» bazarındakı satıcı qadınlar agentliyə demişdilər ki, polis onları hicaba görə min somoni məbləğində cərimə ilə hədələyib.
Bir neçə gün əvvəl Tacikistan prezidenti Emomali Rahmon «cəmiyyətdəki radikallaşma və gənclərin yabançı dəbə marağı» ilə bağlı narahatlığını bildirmişdi.
«Uca tanrını ağılla dərk edir, ona könüllərdə sitayiş edirlər. Baş örtməklə, çalma qoymaqla, saqqal saxlamaqla yox», - deyən prezident hesab edir ki, internetin təsiri ilə şəhər və rayon əhalisi arasında, xüsusən qadınlar arasında «taciklərə yad olan dəbə maraq artır».
Onun fikrincə, bəzi qız və qadınlar «dindarlığı ürəklərində yox, geyimdə ifadə edirlər. Qara və tünd geyimlər geyməklə «milli ənənələrə sayğısızlıq göstərirlər»».
Rahmon 2015-ci ildən milli tacik geyimlərini təbliğ edir.
O vaxtdan bəri dövlət idarələrinin rəhbərləri qadınlardan işə belə geyimlərdə gəlməyi tələb edir.
Amma hüquq-müdafiəçiləri belə göstərişləri insanların şəxsi həyatına müdaxilə adlandırırlar.