Vaxt.Az

İranda yenə daşqınlar


 

Ən azı 12 nəfər həlak olub, onlarla insan itkin düşüb

İranda yenə daşqınlar Avqustun 11-də İranın 5 əyalətində baş verən daşqında ən azı 12 nəfər həlak olub, onlarla insan itkin düşüb.

İranın Gülüstan, Gilan, Rəzəvi Xorasan, Şimali Xorasan və Simnan əyalətlərində güclü yağışlar nəticəsində baş verən təbii fəlakət nəticəsində su və elektrik xətləri sıradan çıxıb, bəzi evlərə və avtomobillərə ziyan dəyib, yollar bağlanıb.

İran Qızıl Aypara Cəmiyyətinin yaydığı xəbərə əsasən, daşqın nəticəsində təkcə 8 nəfər Dərgəz, Quçan, Kəlat və Neyşabur şəhərlərində öz həyatını itirib. Bildirilir ki, təbbi fəlakət baş verən bölgələrə cəlb edilən xilasedicilər ən azı 450 nəfərin həyatını qurtararaq onları təhlükəsiz məntəqələrə köçürüb. Qeyd olunur ki, xilasedicilər itkin düşən onlarla nəfəri tapmaq üçün axtarışları davam edir.

Bu arada İran Qızıl Aypara Cəmiyyətinin və İmdad Təçkilatının rəisi Murtuza Səlimi ölkənin beş əyalətində baş vermiş təbbi fəlakətlə bağlı jurnalistlərə açıqlamasında bildirib ki, 300 xilasedici daşqından ziyan çəkmiş 21 şəhər və kəndin əhalisinə ilkin yardım göstərməyə başlayıblar.

 





12.08.2017    çap et  çap et