Yaponiya Raketdən Müdafiə Sistemlərinin üzünü Şimali Koreya istiqamətinə çevirib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunun rəsmi Pxenyanın açıqlaması ilə əlaqəli olduğu qeyd edilir.Bir neçə gün öncə Şimali Koreya rəsmiləri Trampın hədələrinə cavab olaraq ABŞ-ın Sakit okeandakı Quam adasında yerləşən hərbi bazalarının vurulacağını bəyan edib. Bəyanatda vurğulanır ki, raketlər məhz Yaponiya üzərindən uçacaq.
Sözü gedən amerikalı istehsalı olan «Patriot PAC-3» müdafiə sistemi isə Şimali Koreyanın «Xvason-14» orta mənzilli ballistik raketlərini zərərsizləşdirməyə qadirdir.
Xatırladaq ki, rəsmi Tokio Şimali Koreyanın bəyanatını Yaponiya üçün milli təhlükə adlandırıb.
çap et