Vaxt.Az

«Referendum keçirə bilməzsən!»


 

ABŞ Bərzaniyə barmaq silkələdi

«Referendum keçirə bilməzsən!» ABŞ-ın dövlət katibi Reks Tillersonla Məsud Bərzani arasında telefon danışığı olub. APA TV-nin türk mətbuatına istinadən yaydığı məlumata görə, Tillerson Bərzanidən sentyabr ayına planladığı müstəqillik referendumunu təxirə salmağı tələb edib.

Referendum haqqında açıqlama verən Məsud Bərzani bu məsələ ilə bağlı Vaşinqtonla təmaslarda olduğunu deyib. «Reuters» agentliyi Bərzaninin ABŞ dövlət katibi ilə telefonla danışdığını yazıb.  

Xatırladaq ki, iyulun əvvəllərində ABŞ Dövlət Departamenti müstəqillik referendumunun İŞİD kimi təhlükələri ikinci plana keçirəcəyini bildirərək, Bərzani rejiminin bu niyyətini dəstəkləmədiyini bəyan etmişdi.

Bu gün Bərzaninin ofisi Tillersonun referendumu təxirə salmaq tələbi irəli sürdüyü barədə açıqlama yayıb. Açıqlamada bildirilir ki, Bərzani bunun müqabilində gələcəkləri üçün qarantiya və alternativlər istəyib.

Xatırladaq ki, sentyabrın 25-də İraqın şimalında müstəqil kürd dövlətinin yaradılması məqsədilə keçirilməsi nəzərdə tutulan referendumu Türkiyə başda olmaqla bir çox ölkə pisləyib.

 





12.08.2017    çap et  çap et