Bu gün, avqustun 12-si prezident İlham Əliyev xalq artisti Alim Həmzə oğlu Qasımovun «Şərəf» ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, A.Qasımov Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə təltif edilir.
A.Qasımov XX əsrin 90-cı illərində Azərbaycan muğam sənətinə yeni nəfəs gətirmiş ifaçılardan sayılır.
O, dünyanın əksər ölkələrində muğam proqramları ilə çıxış edib.
1999-cu ildə İMC UNESCO Beynəlxalq Musiqi Mükafatını alıb.
çap et