«Əməkdaşlığımız hərbi sahənin bir çox istiqamətləri üzrə inkişaf edir – hərbi-texniki əməkdaşlıq, hərbi tədris, birgə təlim və məşğələlər. Hesab edirəm ki, perspektivlərimiz böyükdür, bu əməkdaşlığı inkişaf etdirəcəyik», - o deyib.
Z.Həsənov bildirib ki, Rusiya və Azərbaycan Xəzər dənizində birgə təlim keçiriblər. Azərbaycandan bir çox zabit və kursantlar RF-in hərbi tədris müəssisələrində təhsil alırlar.
«Rusiya istehsalı olan xeyli texnika ordumuzun ixtiyarındadır», - Həsənov əlavə edib.
«Tank biatlonu» barədə danışarkən o, yarışların təşkil edilməsini yüksək qiymətləndirib və xatırladıb ki, Azərbaycanda «Xəzər Kuboku» keçirilib və burada dörd ölkənin hərbi-dəniz qüvvələri iştirak edib.
«Bu oyunların təşkilatçısı və ilhamçısı Rusiyadır. Hərbi oyunlar populyarlıq qazanır. Onlarda getdikcə daha çox ölkə iştirak edir», - Zakir Həsənov bildirib.