Vaxt.Az

«Onu həbs etməyin heç kəsə xeyri olmazdı»


 

Kanadalı polisin mağazadan geyim oğurlayan gəncə qarşı elə bir davranış sərgilədi ki?

«Onu həbs etməyin heç kəsə xeyri olmazdı» Keçən həftə, Kanadanın Toronto şəhərində bir gənc iş müsahibəsinə geyinmək üçün paltar oğurladığı an saxlanılıb. Lakin onu həbs etməyə göndərilən polis zabiti Niran Ceyanesan (Niran Jeyanesan), 18 yaşlı gəncin hekayəsini eşitdikdən sonra onun üçün oğurlamağa cəhd etdiyi paltarları almağa qərar verib.

İndi isə, cənab Ceyanesan gənc oğlana iş təklifi verildiyini deyib və gələn həftədən yeni işinə başlayacağını bildirib.

«O, bazar ertəsi başlayır», cənab Ceyanesan Kanadanın «CP24» saytına deyib.

«O mənə dedi ki, o həqiqətən də köynəyi və qalstuku geyinmişdi. Elə şadam!»

Keçən həftə hadisəni izah edən polis zabiti bildirmişdi ki, Uelmart mağazasının işçiləri bir gənci köynək, qalstuk və corab oğurlamağa cəhd edərkən saxlayıblar.

«Bu gənc şəxs həyatında çətinliklərlə üzləşib və öz ailəsini dolandırmaq üçün iş tapmaq və düzgün yaşamaq istəyir», cənab Ceyanesan deyib.

«Bu şəxsin heç bir maddi imkanı yox idi. O, iş tapmaq istəyirdi. Onun beynində yalnız bu fikir var idi. Mən həqiqətən düşünürəm ki, o, səhv edib».

Yeniyetmə gənc zabitə atasının xəstə olduğunu və nəticədə ailəsinin çətinliklərlə üzləşdiyini deyib.

Cənab Ceyanesan həmçinin bildirib ki, «kömək etmək istəyən bəzi dostlarımızın» səyləri nəticəsində gəncin atası da işə düzəlib.

Avqustun 7-si zabit Ceyanesanın həmkarı Pol Bois BBC-ə müsahibə verərək, onun hərəkətini tərfiləyib.

«Onu həbs etməyin heç kəsə xeyri olmazdı», o, deyib.

«Mən bu xəbərə çox müsbət yanaşdım. Bütün məsələlər zabitin hərəkətləri ilə həll edildi», o, əlavə edib.

 





13.08.2017    çap et  çap et