«Silahı götürək və Serjin dəstəsini məhv edək», – etirazçıların əsas şüarlarından biri bu olub.
Mitinqdə iştirak edən yaşlı qadın isə bildirib: «Mənə silah verin – o dəstəni məhv edəcəyəm».
O jurnalistlərə deyib ki, polislər daim silah daşıyır, hamısında tapança var və onlar dinc əhalini güllələyirlər.
«Ancaq camaatda bu silahlar yoxdur. Tələb edirəm ki, mənə silah versinlər. Bu cinayətkarlardan ölkəni azad etmək üçün Sərkisyanın dəstəsini məhv edəcəyəm. Bu, normal, izah edilə bilən bir arzudur».
2016-cı ilin iyunun 21-də «Müəssislər məclisi» təşkilatının lideri Jirayr Səfilyan «bir qrup şəxslər tərəfindən qabaqcadan sövdələşərək qeyri-qanuni silah, sursat, partlayıcı maddə və qurğular əldə etmək, saxlamaq və daşımaq» ittihamı ilə həbs olunub.
Ermənistan İstintaq Komitəsinin məlumatına əsasən, Jirayr Səfilyan öz silahdaşları ilə «ictimai əhəmiyyətli binaları, telekommunikasiya qovşaqları, o cümlədən, İrəvan televiziya qülləsinin ələ keçirilməsini» planlaşdırırmış.
Hüquq müdafiəçiləri, müxalif siyasi və qeyri-hökumət təşkilatları Jirayr Səfilyanın əsassız həbs olunduğunu bəyan ediblər.
Bəziləri Səfilyanın həbsini Qarabağ problemi ilə əlaqələndirirdi.
Ötən ilin aprelində Qarabağ münaqişə bölgəsinin təmas xəttində dörd gün davam edən döyüşlərdən sonra Sefilyan Ermənistanın siyasi və hərbi rəhbərliyini «700 hektar azad edilmiş ərazi itirməkdə» günahlandırmışdı. O, «əraziləri qaytarmaq üçün» dəstə toplamağa başladığını elan etmişdi.
Sefilyan Azərbaycan rayonlarının qaytarılması əleyhinə olan sabiq döyüşçülərdəndir. Onun tərəfdarları hesab edirlər ki, Ermənistan rəhbərliyi Kremlin təzyiqi altında, erməni qüvvələrin nəzarət etdiyi Qarabağ ətrafındakı bir neçə rayonu Azərbaycana qaytarılmasını nəzərdə tutan, Rusiyanın Qarabağ tənzimləmə planını həyata keçirməyə hazırlaşır və bunu əngəlləyə biləcək Sefilyanı təcrid edir.