Vaxt.Az

Əsəd Fransanı ittiham etdi


 

Suriya müxalifətinə maliyyə dəstəyi göstərməkdə...

Əsəd Fransanı ittiham etdi Suriya Prezidenti Bəşir Əsəd Fransanı Qətər və Səudiyyə Ərəbistanından böyük məbləğdə maliyyə vəsaiti alaraq suriyalı müxalifləri dəstəkləməkdə günahlandırıb. Bu barədə Trend Türkiyənin «Sabah» qəzetinə istinadən məlumat verir.
Fransa mətbuatında yer alan xəbərlərdə dövlət başçısı «Fransanın adətən Qətər və Səudiyyə Ərəbistanının vəkili kimi davrandığını» iddia edib.
Qərb ölkələri, xüsusilə Fransanı və Körfəz ölkələrini suriyalı müxaliflərə dəstək verdikləri üçün sərt tənqid edən B.Əsəd Avropa İttifaqının Yaxın Şərq siyasətinin artıq ABŞ tərəfindən müəyyən edildiyini qeyd edib: «11 sentyabr tarixindən etibarən Avropa xarici siyasəti ortada yoxdur».
 





21.01.2014    çap et  çap et