«Heç nə tikilməyəcək. Onları batıracağıq. Bura onların qəbri olacaq», - Jirinovski ukraynalı jurnalist Yanina Sokolovskaya ilə mübahisə edərkən deyib.
«Biz onları orada – Qara dənizdə batıracağıq. Və Kiyev rəhbərliyini də məhv edəcəyik, bura rus torpağıdır», - siyasətçi əsəbi şəkildə əlavə edib.
Sokolovskaya isə Jirinovskiyə cavabında deyib ki, kimisə batırmaqla bağlı bütün cəhdlər iflasa uğrayacaq: «Burada, bütün bu ərazilərdə (Sokolovskaya əli ilə xəritədəki əraziləri göstərir - red) «Kolçuka» kompleksləri quraşdırılacaq. Bu ərazidə isə radiolokasiya sistemləri olacaq və Ukrayna əsgərləri dayanacaq. Burada hər şey Xarkovdakı cəbhə xəttindəkindən də möhkəmdir, ona görə də kimisə batırmaq istəyənlər öz qanlarında boğulacaq».