Vaxt.Az
Müxalifət razılığa gəldi
73 nəfərdən 58-i İsveçə getməyə «hə» dedi
Suriya inqilabi qüvvələri və müxalifətinin Milli Koalisiyasının 58 üzvü «Cenevrə-2» konfransında iştirakın lehinə səs veriblər. Trend xəbər verir ki, bu barədə koalisiyanın mətbuat xidmətindən RİA Novosti-yə məlumat verilib.
Səsvermə bu gün İstanbulda koalisiyanın Baş Assambleyasının iclası çərçivəsində keçirilib.Təşkilatın mətbuat katibi Sara Karkur bildirib ki, gizli səsvermə nəticəsində koalisiyanın Cenevrə konfransında iştirak etməsi barədə qərar qəbul edilib: «Belə ki, 73 üzvdən 58-i lehinə, 14-ü isə əleyhinə səs verib».
Qeyd edək ki, Suriya probleminin həlli üzrə «Cenevrə-2» konfransı yanvarın 22-də İsveçrənin Montrö şəhərində keçiriləcək.
21.01.2014 çap et