Vaxt.Az

Qapılara qol vurulmadı


 

Millimiz oyuna qara sarğı çıxıb

Qapılara qol vurulmadı 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Türkiyənin Manisa şəhərində təşkil olunmuş «2014 Mercedes-Benz Egey Kuboku» turnirində ilk oyununu keçirib. İlk oyun Yunanıstana qarşı keçirilib. Futbolinfo.az xəbər verir ki, 20 yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar futbolçularımız meydana qara sarğı ilə çıxıblar.
Amin Seydiyev 18-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün yığmamız oyunu azlıqda başa vurmalı olub. Qarşılaşma heç-heçə ilə yekunlaşıb, qapılara qol vurulmayıb: 0:0. 
Futbolçularımızın mübarizə apardığı A qrupunun digər matçında da qalib müəyyənləşməyib. Türkiyə və Ukrayna komandalarının qarşılaşması 1:1 hesabı ilə başa çatıb. 
Yığmamız turnirdə növbəti oyununu bu gün - yanvarın 21-də, Bakı vaxtı ilə 16:30-da Türkiyə komandasına qarşı keçirəcək.
 





21.01.2014    çap et  çap et