Vaxt.Az

İslam Universitetində magistratura pilləsi yaradılıb


 

BİU-da tələbə qəbulunda da artım var

İslam Universitetində magistratura pilləsi yaradılıb Bakı İslam Universitetində (BİU) magistratura pilləsi yaradılıb. 2017-ci ildə ilk qəbul keçirilib. Bunu universitetin prorektoru Elçin Həsənli bildirib. Onun deməsinə görə, «Dinlər tarixi» və «İslamşünaslıq» üzrə magistratura qəbulu keçirilib.

«Hər ixtisas üzrə 6 magistr qəbul olunması nəzərdə tutulur. İmtahanlar keçirilib, amma nəticələr məlum deyil, yaxın günlərdə o da məlum olar», - E.Həsənli bildirib.

E.Həsənli deyib ki, universitetə tələbə qəbulunda da dəyişiklik var. Qəbul planı 125 nəfərdən 150 nəfərə qaldırılıb.

Xatırladaq ki, Bakı İslam Universiteti 1992-ci ildə yaradılıb, rektoru Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Sabir Həsənlidir.

Son illər ölkə qanunvericiliyinə bir sıra dəyişikliklər edilərək xaricdə dini təhsil alanlara məhdudiyyət qoyulub. Onlar Qafqaz Müsəlmanları İdarəsi ilə razılaşdırmadan indi Azərbaycanda dini mərasimlər icra edə bilməzlər.

Qanunvericiliyə edilən bu kimi dəyişikliklər ölkənin milli təhlükəsizlik məsələləri ilə izah edilib.

 





14.08.2017    çap et  çap et