Vaxt.Az

«Ona soyuq dəyib, ya ağır xəstələnib?»


 

Fəzail Ağamalı müəmması

«Ona soyuq dəyib, ya ağır xəstələnib?» Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının parlamentin yaz sessiyasının bir neçə iclasında iştirak etməməsi diqqət çəkib. Onun səhhətinin pisləşməsinə dair bir neçə aydır ki, mətbuat səhifələrində məlumatlar yer alır. Hətta xarici ölkələrin birində müalicə aldığı deyilir.

Milli Məclisin İntizam komissiyasının sədri Ağacan Abıyev Modern.az-a açıqlamasında deyib ki, onda Fəzail Ağamalının səhhəti ilə bağlı məlumat yoxdur.

«Hazırda deputatların hamısı məzuniyyətdə olduğu üçün məndə bu barədə məlumat yoxdur. Nə olub ki, Fəzail Ağamalıya?

Fəzail müəllim iyunda parlamentin iclasında iştirak edirdi. Ona soyuq dəyib, ya ağır xəstələnib? Məgər İntizam Komissiyasının sədri bütün deputatların harada və necə olmağını yoxlamalıdır? Sentyabrda komissiya üzvləri bir araya gələcək və biz biləcəyik ki, kim var, kim yox».

P.S. Fəzail Ağamalının parlamentin iyunda keçirilən iclaslarında iştirak etdiyini heç kim görməyib.

 





14.08.2017    çap et  çap et