Futbolinfo.az xəbər verir ki, braziliyalı futbolçu öncə oyunla bağlı fikirlərini bildirib:
- Bizi asan oyun gözləmədiyini bilirik. Rəqib 4-4-2 sxemi ilə oynayır. Səbirli olmalıyıq. Öz gücümüzə inanmalıyıq, əsas budu.
- Əksəriyyət əvvəlki kimi oynamadığınızı düşünür. Bunu yaş amili və ya Azərbaycan çempionatının səviyyəsi ilə əlaqələndirənlər var. Bu fikirlə razılaşırsızmı?
- Mən də razıyam ki, əvvəlki formamdan uzağam. Nəzərə alın ki, qasıq nahiyəmdən zədələnmişdim. Üzərimdə çox çalışıram. Əvvəlki formama qayıtmaq istəyirəm. Dediyiniz amillərin bununla heç bir əlaqəsi yoxdur.