Qəzet 1998-ci ildə «Kopenhagen»dən iki oyunda 10 qol yeyən «Qarabağ»ın gücləndiyini qeyd edir.
«Qarabağ» bir neçə gün əvvəl Azərbaycan futbol tarixində ilk dəfə Çempionlar Liqasının play-off mərhələsinə yüksəlib.
Ağdam təmsilçisi Moldovanın «Şerif» klubunu üstələyib.
«The Copenhagen Post» xatırladır ki, «Qarabağ» son 4 ildə Azərbaycan çempionu titulunu qazanıb. Son illərdə qitə miqyaslı yarışmalarda uğurla çıxış edib, «Dnipro», «Anderlecht» və «PAOK» kimi komandaları məğlub edə bilib.