- Hava normaldı. Meydançanı hələ görməsəm də, eşitdiyim qədər ilə yaxşı vəziyyətdədi. Rəqibi tanıyırıq. Keyfiyyətli komandadı. Xüsusilə, ev oyunlarında yaxşı çıxış edirlər. Çalışacağıq ki, sabahkı oyundan sərfəli nəticə ilə ayrılaq.
- Komandanızda bir neçə itki var. Xüsusilə, mərkəz müdafiəçinizin olmaması sabah komandaya necə təsir edə bilər?
- Erik Yohansson zədəlidi. Ancaq onun boşluğunu dolduracaq oyunçumuz var. Əlimizdə olan futbolçularla maksimum nəticə qazanmağa çalışacağıq.
- «Qarabağ» artıq Çempionlar Liqasının cari mövsümündə 4 oyun keçirib. Rəqibin hansı xüsusiyyəti sizi daha çox narahat edir?
- Hücum «üçlüy»ünü qeyd edərdim. Bu oyunçuların hər biri matçın taleyini həll edəcək futbolçulardı. Lakin «Qarabağ» bu oyunçulardan ibarət deyil. Rəqibin də bizim kimi yaxşı Avropa təcrübəsi var.
- Vaxtilə baş tutmuş Norveç - Azərbaycan oyununda (5:0) 2 qol vurmuşduz. Həmin oyunda «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov da çıxış etmişdi. Düşünmürsüz ki, bu amil rəqibdə sizə qarşı qisas hissi yarada bilər?
- Karyeram ərzində çox qol vurmuşam. Hamısını xatırlamıram (gülür). Şübhəsiz, Azərbaycana vurduğum qolları xatırlayıram. Bu, mənim millidə ilk qollarım idi. Ancaq bu oyundansa, Bakıda keçirilən və 1:0 hesabıyla qalib gəldiyimiz matçı daha yaxşı xatırlayıram. Bu qələbəylə dünya çempionatına vəsiqəni təmin etmişdik.