Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən ilk görüşü italiyalı hakimlər briqadası idarə ediblər. Matç təmsilçimiz üçün uğurlu alınıb. 90 dəqiqə ərzində xeyli qol vəziyyəti yaradan və rəqibindən daha üstün futbol sərgiləyən təmsilçimiz təəssüf ki, sadəcə, bir qolla kifayətlənib. Lakin istənilən halda bu qələbə "Qarabağ"ın ÇL-in qrup mərhələsinə vəsiqə qazanması üçün yaxşı şans yaradır. Bunun üçün təmsilçimizə səfərdə heç-heçə də bəs edəcək.
Qeyd edək ki, «Qarabağ»la «Kopenhagen» arasında cavab oyunu avqustun 23-də keçiriləcək. Cütün qalibi Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının qrup mərhələsində oynayacaq.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin ilk oyunu
15 avqust
«Qarabağ» - «Kopenhagen» 1:0
Qol: M.Mədətov, 25.
Sarı vərəqə: B.Verbiç, 71. D.Amankva, 90+3.
Hakimlər: Paolo Talyavento, Alessandro Callatini, Alessandro Kostantsa
Əlavə hakim köməkçiləri: Massimiliano İrrati, Antonio Damato
Dördüncü hakim: Filippo Meli (hamısı İtaliya)
Hakim-inspektor: Frits Stuçlik (Avstriya)
UEFA nümayəndəsi: Andrey Medintsev (Bolqarıstan)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 8. Miçel, 9. Dino Ndlovu (22. Əfran İsmayılov, 90+5), 11. Mahir Mədətov, 17. Donald Gerrye, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 14. Rəşad Sadıqov, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
Kopenhagen: 25. Robin Olsen, 3. Pyer Benqtsson, 6. Uilyam Kvist (k), 7. Benyamin Verbiç (14. Nikolay Tomsen, 86), 8. Uroş Matiç, 9. Federiko Santander, 11. Andriya Pavloviç (28. Pieros Sotiriu, 74), 20. Nikolay Boylesen, 22. Peter Ankersen, 24. Yussef Tutu (32. Danni Amankva, 68), 27. Mixael Lüftner.
Ehtiyat oyunçular: 1. Stefan Andersen, 15. Mikael Antonsson, 17. Kasper Kusk, 18. Mads Roerslev.
Baş məşqçi: Stole Solbakken.