Vaxt.Az

««Qarabağ» favoritdir»


 

«Kopenhagen»in baş məşqçisi: «Səfərdə 1 qol vursalar, üstünlüyü tamamilə ələ keçirəcəklər»

««Qarabağ» favoritdir» UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda səfərdə «Qarabağ»a minimal hesabla uduzan «Kopenhagen»in baş məşqçisi Stal Solbakken oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Futbolinfo.az xəbər verir ki, norveçli mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bildirib.

- Nəticədən narazıyam. Bir də son 30 dəqiqə ürəyimcə olmadı. Belə oyun gözləyirdim. İlk 60 dəqiqədə bərabər oyun getdi. Son yarım saatda isə «Qarabağ»ın üstünlüyü var idi. Meydanda daha çox güc qoydular. Qapıçımız bir neçə qurtarışla yadda qaldı. Cavab görüşündə vəziyyəti dəyişmək mümkünsüz deyil.

 

- Futbolçular kimi siz də aqressiv idiniz. Səbəbi nə idi?

- Elə düşünmürəm. Mən aqressiv deyildim.


- Cavab görüşündə şansları necə qiymətləndirirsiz?

- Düşünürəm ki, «Qarabağ» favoritdi. Bakıda qeydə alınan hesab bunu deməyə əsas verir. Onlar səfərdə 1 qol vursalar, üstünlüyü tamamilə ələ keçirəcəklər. Amma öz meydanımızda ilk qolu biz vursaq, şansımız artacaq.


- «Kopenhagen»dən fərqli, Azərbaycan klubu ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsində iştirak edir. Necə düşünürsüz, azarkeşlər bunun haqqını verdimi?

- Böyük oyun idi. Bu, hiss olunurdu. Azarkeşlər də öz komandalarını yaxşı dəstəklədilər. Bu, qeydə alınan nəticədə də rol oynadı.

 





15.08.2017    çap et  çap et