Vaxt.Az

UEFA reytinqimizə 0.25 xal gəldi


 

«Qarabağ» qalib gəldi, Azərbaycan...

UEFA reytinqimizə 0.25 xal gəldi Çempionlar Liqasının pley-off mərhələsinin ötən gecə baş tutan ilk oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə ciddi təsir göstərməyib. Futbolinfo.az xəbər verir ki, ölkəmiz bu siyahıda əvvəlki mövqeyində qalıb.

Ötən gün Azərbaycanın avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçisi - «Qarabağ» növbəti oyununu keçirdi. Doğma meydanda Danimarka «Kopenhagen»i ilə qarşılaşan əyalət klubu 1:0 hesabıyla qalib gəldi. Bu qələbə ölkəmizin xal ehtiyatının yaxşılaşmasına səbəb oldu. Ağdam klubu Azərbaycanın reytinqinə daha 0.250 xal yazdırdı.

Hazırda UEFA reytinqində 55 ölkə arasında 22-ci pillədəyik. Azərbaycanın hesabında 17.625 reytinq xalı var. Onun 2.875 xalı (1.125 «Qarabağ», 0.750 «İnter», 0.625 «Zirə», 0.375 «Qəbələ»nin payına düşür) cari mövsümdə qazanılıb. Bizdən öndə qərarlaşan Rumıniyanın 18.650 reytinq xalı var və 2 təmsilçisi mübarizəni davam etdirir. Azərbaycanı 17.250 xala malik Belarus izləyir. Bu ölkənin isə bizim kimi, cəmi 1 təmsilçisi yoluna davam edir.

Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırır. Heç-heçə isə 0.125 xal verir. Qrup mərhələsində heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.

 





16.08.2017    çap et  çap et