- Qələbə topunun müəllifi olacağına inanırdınmı?
- Mənim üçün də sürpriz oldu. Amma yaxşı sürprizdir. Belə uğura nail olduğuma görə sevinirəm. Lakin hər şey həll olunmayıb. Hələ qarşıda cavab oyunu var. Bu matça da yaxşı hazırlaşmalıyıq.
- Qolu vurarkən deyəsən, tərəddüd edirdiz?
- Hə, qol vuran zaman bir anlıq fikirləşdim ki, ofsayd da ola bilər. Amma yan xətt hakiminin meydanın mərkəzini göstərdiyini gördüm.
- Cavab oyunundan nə gözləyirsiz?
- Çətin olacağı aydındır. Rəqibin üstünlüyü azarkeşləri önündə oynamaq olacaq. Biz də mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik. Tarix yazmaq üçün gücümüzü səfərbər edəcəyik.
- İkinci hissədə komanda yoldaşlarınızın qaçıdrıdğı qol epizodları oldu. Buna görə təəssüflənmirsiz?
- Ən azı iki topla qələbə qazansaydıq, daha yaxşı olardı. Çünki 1:0 hesabı bir qədər sürüşkəndir. İstənilən halda, hesab arasındakı fərq böyük olsaydı belə, arxayınlaşmaq olmazdı. Rəqibimizin adı, gücü ortadadır.
- Rəqibi indi daha yaxından tanıyırsız. «Qarabağ» Kopenhagendə bugünkü duelin ikinci hissəsindəki oyunu nümayiş etdirə biləcəkmi?
- Bunu oradakı oyun zamanı görəcəyik. İndidən nəsə demək olmaz. Bu gün yaxşı oynadıq. İndi bir qədər dincəlməliyik və çempionat oyununa hazırlaşmalıyıq.