Vaxt.Az

«Rəqibimiz çətin komandadır»


 

Riçard Almeyda: «Çempionlar Liqasında kiçik, zəif anlayışı yoxdur»

«Rəqibimiz çətin komandadır» Tarixində ilk dəfə UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanan «Qarabağ» Danimarka «Kopenhagen»i ilə ilk oyunda qələbə qazandı. Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun aparıcı yarımmüdafiəçisi Riçard Almeyda minimal hesabl qalib gəldikləri qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb:


- Rahatlaşmısınız, yoxsa yenə oyundan əvvəlki hissləri daşıyırsız?

- Qətiyyən rahatlaşmamışıq. Çünki qarşıda daha bir 90 dəqiqə var. Belədə hansı rahatlıqdan danışmaq olar. Bilirik ki, rəqibimiz çətin komandadır. Vacib addım atdıq, amma tam addım atmamışıq. Fikrimizi cavab oyununa yönəltmişik. Səfərdəki matçdan sonra nəsə demək olar.


- Rəqib öz meydanında nədə təhlükə yarada bilər? Bugünkü oyunda «Qarabağ» üstün idi. Bəs səfərdə onların üstünlüyü nə və ya nələr ola bilər?

- Bilirsiz, bizim onlardan açıq-aşkar güclü olduğumuzu demək çətin məsələdi. Çünki hər komandanın öz oyun dəsti xətti var. Bizim oyun üslubumuz belə, onlarınkı isə elədi. Yenə deyirəm, onlardan aşkar güclü olduğumuzu səsləndirmək düzgün olmaz. Çempionlar Liqasında kiçik, zəif komanda anlayışı yoxdur.


- Premyer Liqa oyunlarında daha emosional olursuz. İstənilən kobudluğa qarşı aqressiv reaksiya verirsiz. Amma avrokuboklarda tamamilə sakit olursuz. Bu, baş məşqçinin tapşırığıdı?

- Belə düşünürsüz? Onda oyunları bir qədər də diqqətli izləməlisiz.

 





16.08.2017    çap et  çap et