Bu gün səhər saatlarından etibarən Vergilər Nazirliyinin vergi cinayətlərinin ibditai istintaqı Departamentinin əməkdaşları «Turan» İnformasiya Agentliyinin ofisində axtarışlara başlayıblar.Virtualaz.org xəbər verir ki, ofisə daxil olan vergi əməkdaşları agentliyin bütün mühasibat sənədlərini tələb ediblər. Vəkil Fuad Ağayev özünün «Facebook» səhifəsində «Turan» agentliyində «hərtərəfli yoxlama getdiyini» bildirib.
Xəbər verildiyi kimi Vergilər Nazirliyi «Turan» agentliyini vergidən yayınmaqda ittiham edir. Bununla bağlı avqustun 7-də cinayət işi qaldırılıb. Ertəsi gün agentliyin fəaliyyətinə dair kameral vergi yoxlaması başlayıb. «Turan» vergidən yayınma ittihamını qəbul etmir.
çap et