Prezident Duterte Filippində korrupsiyaya və cinayətkarlığa qarşı könüllü mübarizə hərəkatının ildönümü ilə bağlı ötən gün prezident sarayında keçirdiyi qəbulda narkotacirlərə qarşı mübarizədə avqustun 15-də əldə edilmiş yüksək nəticəni tərifləyib. Prezident deyib ki, Bulakan bölgəsində keçirilmiş kütləvi polis reydi nəticəsində 32 narkotacirin öldürülməsi çox əla nəticədir.
«Bu, əladır. Əgər biz hər gün 32 cinayətkarı öldürsək ölkəni narahat edən problemi həll edə bilərik», - Duterte deyib.
Xəbərlərə görə həmin reyddə ehtimal edilən narkotacirlərin 11 nəfərini «drujinaçılar», qalanlarını polis güllələyib. Dutertenin başlatdığı kampaniyada indiyədək 7-8 mindən nəfərdən çox «narkotacir» güllələnib. Lakin onların heç də hamısının narkotiklərlə bağlı olduğunu demək mümkün deyil, çünki öldürülənlərin günahını sübut etməyə heç kim cəhd göstərmir. Polislər bir qayda olaraq şəxsi güllələyir, daha sonra onun cəsədinin yanına nakotik qoyur və şəklini çəkərək hadisəni «narkotacirin polisə müqaviməti zamanı zərərsizləşdirilməsi» kimi protokollaşdırırlar.