İkinci partlayış nəticəsində bir neçə nəfər yaralanıb. Onların arasında polis əməkdaşlarının olduğu bildirilir. Bir nəfərin vəziyyəti kritikdir. Təfərrüatlar açıqlanmır.
Kataloniya polisinin rəisi Xosep Luis Trapero Alkanardakı partlayışların Barselonadakı partlayışlarla əlaqəli olduğunu istisna etməyib.
Terror aktı ilə bağlı iş üzrə şübhəli şəxslərdən biri məhz Alkanarda həbs edilib.
Qeyd edək ki, ötən gün Barselonanın mərkəzindəki piyadalar üçün nəzərdə tutulmuş Rambla küçəsində naməlum şəxsin idarə etdiyi yük maşınının kütləyə çırpılması nəticəsində 12 nəfər ölüb. Terror aktını törətməkdə şübhəli bilinən 2 şəxs saxlanılıb.