Vaxt.Az

İşıqlarınız kəsiləcək!


 

«Bakıelektrikşəbəkə» borclulara xəbərdarlıq edir

İşıqlarınız kəsiləcək! «Bakıelektrikşəbəkə» ASC-nin fəaliyyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 24 yanvar 2014-cü il tarixində, saat 12:00-dan etibarən müvafiq qanunvericliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaqdır.
ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qeyd olunan müddətdə borcunu ödəməyən abonentlərin elektrik enerjisi təchizatı heç bir güzəşt edilmədən dayandıracaqdır.
Elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin borc ödənilmədən şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunmaları üçün «Bakıelektrikşəbəkə» ASC tərəfindən çox ciddi tədbirlər görüləcəkdir.
 





21.01.2014    çap et  çap et