Vaxt.Az

«Saakaşvili sərhədi keçən kimi öldürün!»


 

Radikal lider Oleq Lyaşkodan diktator çağırışı

«Saakaşvili sərhədi keçən kimi öldürün!» Ukraynanın Radikal Partiyasının lideri Oleq Lyaşko hesab edir ki, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Polşa-Ukrayna sərhədini keçməyə cəhd etdiyi zaman güllələnməlidir.

Virtualaz.org xəbər verir ki, özünün «Facebook» səhifəsində Lyaşko bununla bağlı yazıb: «Saakaşvili öz kirvəsi Poroşenkonun qeyri-qanuni şəkildə verilmiş pasportunun əlindən alınması ilə bağlı qərarından narazıdır?! Ən yaxşı vəkilləri tut və get məhkəməyə! Sərhədçilərimizə müraciət edirəm: sərhədi keçən hər kəsi tərəddüd etmədən güllələyərək öldürün».

Xatırladaq ki, hazırda Avropa ölkələrindən birində olan Mixail Saakaşvili sentyabrın 10-da Polşadan vətəndaşlığından məhrum edildiyi Ukraynaya daxil olacağını bəyan edib.

 





21.08.2017    çap et  çap et