Qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsinə vəsiqə qazanan 32 komandanın hər birinin səbəti artıq bəllidir. Azərbaycan futbolu tarixində ilkə imza ataraq ÇL-in qrup mərhələsində oynamaq hüququ qazanan «Qarabağ»ın da səbəti müəyyənləşib. Ağdam klubu sonuncu - 4-cü səbətdə yer alacaq. Bu isə o deməkdir ki, 1-ci, 2-ci və 3-cü səbətlərin hər birindən bir komanda Azərbaycan komandasının ehtimal olunan rəqibləridir.
Qeyd edək ki, ÇL-in qrup mərhələsinin püşkatma mərasimi bu gün - avqustun 24-də təşkil olunacaq.
Beləliklə, Çempionlar Liqasının qrup mərhələsinin səbətləri
1-ci səbət
«Real»
«Bavariya»
«Çelsi»
«Yuventus»
«Benfika»
«Monako»
«Spartak» (Moskva)
«Şaxtyor»
2-ci səbət
«Barselona»
«Atletiko»
PSJ
«Borussiya» (Dortmund)
«Sevilya»
«Mançester Siti»
«Porto»
«Mançester Yunayted»
3-cü səbət
«Napoli»
«Tottenhem»
«Bazel»
«Olimpiakos»
«Anderlext»
«Roma»
«Beşiktaş»
«Liverpul»
4-cü səbət
«Seltik»
«QARABAĞ»
«Sportinq»
ÇSKA (Moskva)
«Feyenoord»
«Maribor»
«Leypsiq»
APOEL