Yəqin dünən «Qarabağ»ın qələbəsini unutmaq üçün dilxorçuluqdan çox vurub, yatıb qalıb. Ya da üzü olmayıb «Qarabağ»ı qarşılamaq üçün hava limanına getsin. Bu uğuru adına çıxa bilməyəcək axı. Şuralaşma ilə məhv etdiyi Azərbaycan futbolunda monopoliyasına ala bilmədiyi Ağdam klubu onu heç həndəvərinə buraxmır. Yaxşısı budur, bir yazı yazıb, özünü gözə soxsun. Yazsın ki, «Neftçi»ni məhv etməsəydim, «Qarabağ» çempion olub, ÇL-ə yollana bilməzdi.
Bu gün ölkə başçısının qəbuluna yollanacaq «Qarabağ»ın qafiləsinə də onu yaxın buraxan olmayacaq. Çünki prezidentlə görüşə qəhrəmanlar, ən pis dönəmdə ən yüksək nəticə qazananlar yollanacaq, Azərbaycan futbolunu məhv edənlər yox.
AFFA-nın baş katibi yəqin ki, indi öz dəstəsini başına yığıb bu fürsətdən də yararlanmaq istəyir. Hamının başı «Qarabağ»a qarışmışkən «Neftçi»yə təcili şəkildə baş məşqçi gətirmək, öz adamlarını klubda möhkəmlətmək üçün planlar cızır. Boş dayanmaz.