Hə, bəşəri-ilahi duyğuların dərinliyində olmalarına rəğmən Sokrat da, Freyd də, Svayq da, Mayakovski də, Apoliner də, Dostoyevski də, Meterlink də, Şou da... məhz bu elmentar həqiqəti dərk edərək hətta müharibələri can-başla qəbul ediblər. Bu elementar reallığı anladıqlarına görə ali hisslərin ucalığında olan düşüncə adamlarının tam əksəriyyəti əllərinə silah alaraq vuruşub, öldürüb, ölüb.
Milli hiss (bizdə azərbaycançılıq) qaçılmaz hissdir.
Şəxsi həyatımızda da bəzən sevinc epizodları, uduş halları olur: kimsə maşın alır, kiminsə lotereyası udur... Amma şəxsi sevinci milli sevinc kimi möhtəşəm yaşamaq alınmaz. Milli sevincin dəhşətli sehri var - o, 60-70 illik insan ömrünün faniliyindən fərqli olaraq, neçə əsrlik tarixi qədimliklə bütövləşdiyinə görə belə ali olur. Bir var öz ömrünün 50 il gerisindən start götürüb qələbə finişinə çatırsan, bir də var neçə əsrlik qədimlikdən başlayır bu marofon. Uzun yolun çatdığı mənzillər daha mübarəkdi - milli sevincin böyüklüyünün sirri burdadı həm də.
«Qarabağ» var olsun!