İlk səbətdə 8 ən reytinqli çempionatın qalibi yer almışdısa, digər 24 klub öz əmsalına görə sıralanmışdı. Qurban Qurbanovun baş məşqçisi olduğu komandamız püşkatmanın nəticəsi olaraq, C qrupunda İngiltərənin «Çelsi», İspaniyanın «Atletiko» (Madrid) və İtaliyanın «Roma» klubu ilə mübarizə aparacaq. «Qarabağ»ın adını səbətdən «Roma»nın əfsanəvi futbolçusu Françesko Totti çıxarıb.
Beləliklə Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaq klubların adlarını açıqlayırıq.
A qrupu
«Benfika» (Portuqaliya)
«Mançester Yunayted» (İngiltərə)
«Bazel» (İsveçrə)
MOİK (Rusiya)
B qrupu
«Bavariya» (Almaniya)
PSJ (Fransa)
«Anderlext» (Belçika)
«Seltik» (Şotlandiya)
C qrupu
«Çelsi» (İngiltərə)
«Atletiko» (Madrid, İspaniya)
«Roma» (İtaliya)
«Qarabağ» (Azərbaycan)
D qrupu
«Yuventus» (İtaliya)
«Barselona» (İspaniya)
«Olimpiakos» (Yunanıstan)
«Sportinq» (Portuqaliya)
E qrupu
«Spartak» Moskva
«Sevilya» (İspaniya)
«Liverpul» (İngiltərə)
«Maribor» (Sloveniya)
F qrupu
«Şaxtyor» (Ukrayna)
«Mançester Siti» (İngiltərə)
«Napoli» (İtaliya)
«Feyenord» (Hollandiya)
H qrupu
«Real» (Madrid, İspaniya)
«Borussiya» (Dortmund, Almaniya)
«Tottenhem» (İngiltərə)
APOEL (Kipr)
G qrupu
«Monako» (Fransa)
«Porto» (Portuqaliya)
«Beşiktaş» (Türkiyə)
«Leypsiq» (Almaniya)
Qeyd edək ki, Monakodakı püşkatma həm də Gənclər Liqasına şamil olunub. Belə ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu «Qarabağ»ın U-19 komandası da eyni rəqiblərlə bir qrupda çıxış edəcək.